• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1733
— 14.08.2021 20:14

Ağdam Azərbaycanın 4-cü ən böyük şəhəri olacaq

KepezTV Player

Ağdam Azərbaycanın 4-cü ən böyük şəhəri olacaq. Azərbaycan Prezidentinin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun sözlərinə görə, Ağdamda genişmiqyaslı bərpa işləri başlayıb və tezliklə “Yolumuz Ağdama” adlı səfərlər təşkil ediləcək. Bu səfərlər həmin böyük qayıdışın ilkin hazırlıq mərhələsidir. Digər məqsəd vətəndaşlarımızın mənfur düşmənin doğma torpağımızı necə viran qoyduğunu görməsi, bərpa işləri ilə tanış olması, buradakı məscidləri, tarixi məkanları ziyarət etməsidir. Şəhərdə baza infrastrurkutu qurulduqdan, təhlükəsizlik tam təmin olunduqdan sonra bu proses də başlayacaq. Yeri gəlmişkən, Ağdam şəhərinin gerbinin hazırlanması ilə bağlı elan verilib. yayıb.Ağdam şəhərinin tarixi mərkəzində inşası planlaşdırılan Zəfər muzeyinin layihəsini isə italiyalı mütəxəssislər hazırlayacaq.Ağdamın tarixi mərkəzi açıq səma muzeyi kimi saxlanılacaq. Açıq səma muzeyində Ağdam teatrı və şəhər mərkəzi kitabxanasının binasının qalıqları da olduğu kimi qorunacaq. Burada İşğal muzeyi, memorial park və Zəfər muzeyləri inşa ediləcək.