• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1031
— 12.08.2021 20:20

"Kəpəz"dən böyükhesablı qələbə

KepezTV Player

Futbol üzrə 1-ci Divizion təmsilçilərindən Kəpəz yeni mövsümə hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Gəncəlilər Region liqasında çıxış etməyi hədəfləyən Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan həvəskarlardan ibarət Mübariz komandasını qəbul edib. Gəncə şəhər stadionunun süni örtüklü yardımçı meydançasında baş tutan qarşılaşmaya "sarı-göylər" yenilənmiş heyətlə meydana çıxıblar. Yeni transferlərdən ibarət kollektiv zəif rəqibi qarşısında çətinlik çəkmədən böyükhesablı qələbə qazanıb. Yaşar Vahabzadənin yetirmləri  Abşeron təmsilçisini nə az, nə çox düz 10 cavabsız qolla məğlub ediblər.