• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 12.08.2021 20:43

FHN-in qüvvələri yanğınla mübarizəni gecə də davam etdirirlər

KepezTV Player

Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdirirlər. Ötən sutka ərzində FHN-in qüvvələri qardaş Türkiyənin Köycegiz bölgəsinin Otmanlar rayonunda, Məntəşə bölgəsinin Yılanlı və Burdur bölgəsinin Bucak rayonunda soyutma tədbirləri həyata keçirilib. Tüstülənmə qeyd olunan yerlərdə yanğının baş verməsinin qarşısı alınıb. Eyni zamanda, FHN-in qüvvələri tərəfindən Milas bölgəsindəki Yeniköy və Kemerköy istilik elektrik stansiyalarının sutkalıq fasiləsiz mühafizəsi də davam etdirilib. Bundan başqa, soyutma tədbirlərinə cəlb edilən FHN-ə məxsus amfibiya təyyarəsi ötən sutka ərzində Burdur istiqamətində 7 dəfə uçuş həyata keçirməklə 63 ton, helikopter isə Köycegiz istiqamətində 28 dəfə uçuş həyata keçirməklə 70 ton su töküb. Əməliyyatların mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilməsinə baxmayaraq, bir sıra istiqamətlərdə təcili və təxirəsalınmaz tədbirlər çərçivəsində əməliyyatlar gecə saatlarında da davam etdirilib.

Türkiyədə bütün meşə yanğınları nəzarət altına alınıb

Türkiyədə iyulun sonlarından başlamış meşə yanğınlarının hamısı nəzarət altına alınıb. Ölkənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli bildirib ki, iyulun 28-dən etibarən Türkiyədə qeydə alınmış 299 meşə yanğının hər biri söndürülüb. Hazırda torpağın soyudulması işləri aparılır. Qeyd olunur ki, bu müddət ərzində Türkiyənin 54 vilayətində yanğınlar olub. Meşə yanğınlarının söndürülməsi üçün 5 200-dən çox canlı qüvvə, 12 təyyarə, 66 helikopter, 9 PUA və 1 200-dən çox texnika cəlb olunub.