“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndə heyətinin sədri Lev Spivakın başçılıq etdiyi yəhudi əsilli jurnalistlər işğaldan azad olunmuş torpaqlara səfər etmək məqsədilə Azərbaycana gəliblər. Səfər çərçivəsində qonaqlar Ermənistan silahlı qüvvələrinin Gəncədə terror aktı törətdikləri ərazilərə də baş çəkiblər. Daha sonra onlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşərək Azərbaycanla İsrail arasında olan dostluq münasibətlərindən, habelə yəhudi əsilli azərbaycanlıların Qarabağ savaşlarında göstərdikləri şücaətdən bəhs edilib. Nümayəndə heyəti Gəncədən sonra Ağdama səfər edəcək.
Lev Spivak “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sədri: İki gündür ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər edirik. Bu xaos və dəhşət dolu mənzərə arasında biz ilk cücərtdiləri gördük. Yollar çəkilir, evlər tikilr, artıq elektrik stansiyası hazır vəziyyətə gətirilib. Demək olar ki, həmin ərazilərdə dirçəliş dövrü başlayır. Müharibənin digər izlərinin isə cəbhə xəttindən bir neçə kilometr aralıqda yerləşən şəhərlərdə olması yalnız təəssüf hissi doğurur. İnanırıq ki, Azərbaycan işğaldan azad olan torpaqlarda müharibənin dəhşətli izlərini silməyi bacaracaq.
- Baxış: 399