Prezident İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenova Ermənistanla Azərbaycan arasında münaqişənin həlli işində həmişə ölkəmizi dəstəklədiyi üçün təşəkkür edib. Oljas Süleymenovun bütün məsələlər üzrə öz prinsipial mövqeyini hər zaman söyləyən ictimai xadim kimi sevildiyini bildirib.Dövlət başçısı Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə təltif etdiyi “Şərəf” ordenini şairə təqdim edib.
Görkəmli qazax şairi İlham Əliyevin müdrik rəhbərliyi sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasını məmnunluqla vurğulayıb və həmin günlərdə mənəvi cəhətdən Azərbaycan xalqının yanında olduğunu qeyd edib.Eləcə də “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabı Oljas Süleymenova hədiyyə edib.
- Baxış: 460