• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1615
— 11.08.2021 18:34

Vəzifəli şəxsdən hədə-qorxu ilə pul tələb edən “jurnalistlər” yaxalanıblar

KepezTV Player

Abdullayev Sənan Həsən oğlu və Atayev İlqar Əliabbas oğlunun qanunsuz hərəkətlərinin ifşa olunması istiqamətində aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılır. Sənan Abdullayevin “Youtube” üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində birgə çəkiliş apardığı İlqar Atayevlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində 2021-ci ilin əvvəllərindən qeyd olunan səhifədə Goranboy rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin guya qanunsuz əməllərə yol vermələrinə dair məlumatları video çarxlar formasında yaymasına, həmin video çarxların qeyd edilən səhifədən silinməsi məqsədilə  RİH-nin vəzifəli şəxsindən  hədə-qorxu ilə 4 min manat məbləğində pul tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib. Sənan Abdullayev və İlqar Atayev ötən gün cinayət əməlini törədərkən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıblar və Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə şübhəli şəxs qismində tutulublar.