Gün ərzində müşahidə edilən, arabir sürəti güclənən külək Gəncədə fəsadlar törədib. Təbiətin şıltaqlığı nəticəsində bəzi küçələrdə ağaclar yollara, yol kənarına, elektrik naqillərinin üstünə aşıb. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaradıb.
Elmir Əzizov - Yaşıllaşdırma şöbəsinin əməkdaşı: Gəncə şəhərində güclü külək nəticəsin M.C.Paşayev, Nəzakət Məmmədova küçəsində,3-cü mikrorayon və Abbas Səhhət küçəsində əsasən kövrək olan qovaq ağacları sayğaclara və elektrik naqillərinə güclü ziyan vermişdir. Bu ziyanı operativ komandamızla birlikdə aradan qaldırırıq. 10-a yaxın müraciət olub. Daha böyükləri küçələrdə olub. Onları da həmin dəqiqə aradan qaldırırıq.
- Baxış: 1202