Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Goranboy rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş Tərtər rayon sakinləri Sabir Məmmədov, Dağlar Misirov və Elçin Məmmədov saxlanılıblar. Sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 10 kiloqram 450 qram olan marixuana aşkar edilib. Bu şəxslər ifadələrində marixuananı satmaq məqəsədi ilə əldə etdiklərini bildiriblər.***Ümumilikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 14 nəfər məsuliyyətə cəlb edilib və qanunsuz dövriyyədən 27 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 623