• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 711
— 10.08.2021 20:29

Mövlud Mirəliyev milliyə baş məşqçi təyin edildi

KepezTV Player

Tokio olimpiadasındakı zəif nəticələrə görə istefaya göndərilən cüdo üzrə kişilərdən ibarət milli komandanın məşqçilər korpusunda yeni təyinatlar olub. Uğursuzluğa görə vətəninə yola salınan ukraynalı Ruslan Maşurenkonu yerli mütəxəssis Mövlud Mirəliyev əvəzləyib. Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı olan Mirəliyev əvvəllər məşqçi kimi çalışdığı yığmanın yeni baş məşqçisi təyin edilib. Bundan sonra böyüklər və gənclərdən ibarət komandaların birlikdə məşq etməsi qərara alınıb. Gəncə cüdo məktəbinin yetirməsi olan Mövlud Mirəliyev Dinamo İdman Cəmiyyətinin Gəncə şurasının rəisi, Göygöl Olimpiya İdman Kompleksinin direktorudur.