• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 07.08.2021 20:30

Hacı gümüşlə kifayətləndi, Şərif medalsız qaldı

KepezTV Player

Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci gümüş medalını güləşdə qazanıb. Bu mükafatı komandamıza sərbəst güləşçimiz Hacı Əliyev qazandırıb. 65 kq çəki dərəcəsində güləşən 30 yaşlı pəhləvanımız həlledici görüşdə yaponiyalı Takuto Otoquroyla görüşün başa çatmasına 31 saniyə qalmış hesab 2:2 olsa da, sonuncu xal qazanan Hacı olduğu üçün irəli hesab olunurdu. Ancaq fənd tətbiq etmək istəyərkən əks-fəndə düşən güləşçimiz yekunda 4:5 hesabı ilə məğlub olub. Bununla da dünya və Avropa çempionumuz Yaponiyada gümüş mükafata yiyələnib.

97 kq çıxış edən digər sərbəst güləşçimiz Şərif Şərifov isə bürünc medal uğrunda görüşdə kubalı rəqibinə uduzaraq olimpiadanı medalsız tərk edib.