• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1647
— 05.08.2021 20:38

FHN-in qüvvələri yanğınla mübarizəni davam etdirir

KepezTV Player

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər. Yanğınsöndürmə qüvvələri bir neçə istiqamətdə yanğınsöndürmə işləri həyata keçirir.FHN-in əməkdaşları Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarını mühafizəyə götürüb. Bu gün FHN-in yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş Türkiyəyə yola düşüb. Yardım karvanı Bakı vaxtı ilə saat 11-00 da yola çıxıb. Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 150 nəfər yanğınsöndürən daxildir. Nazirliyin amfibiya təyyarəsi artıq Türkiyəyə çatıb. Təyyarə Muğla şəhər Dalaman hava limanına eniş edib.