"Deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi ilə bağlı parlamentə təqdimatımın kifayət qədər əsasları olub". Bunu Baş prokuror Kamran Əliyev parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib. "Təəssüflər olsun ki, deputat Eldəniz Səlimov polisin karantin qaydalarına əməl olunmasını tələb etməsi barədə qohumlarından məlumat alaraq həmin polis əməkdaşını evindən kafeyə çağırtdırıb və məlum hadisə baş verib” - deyə Kamran Əliyev vurğulayıb.
Parlamentin növbədənkənar sessiyasının iclasında deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib. Deputatlardan 98 nəfər məsələnin lehinə səs verib. Bir nəfər bitərəf qalıb, bir nəfər isə səsvermədə iştirak etməyib. Təklifin əleyhinə səs verən olmayıb.
Binəqədi Rayon Məhkəməsində isə Eldəniz Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Prosesdə qəbul edilən qərara əsasən, Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.
- Baxış: 318