• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1489
— 02.08.2021 20:45

Yeni pambıq sortlarının seleksiyası aparılır

KepezTV Player

Kənd Təsərrüfatı Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında bağlanan müqaviləyə əsasən ölkə xaricindən gətirilən yeni pambıq sortlarının ilk sınaq əkini həyata keçirilib. Seleksiyanın nəticələri bu sahənin inkişafında böyük rol oynaya bilər.

Samux rayonunun ərazisində yerləşən baza təcrübə sahəsində əkillən yeni sortlar Pakistandan gətirilib. May ayının əvvəlində səpilən toxumlar hazırda qozalama fazasındadır. Bitki mühafizə və texniki bitkilər elmi-təhqiqat İnstitutunun alimlərinin baxış keçirdikləri yeni sortlar yarım hektar ərazini əhatə edir. Asiya ölkəsindən Azərbaycana seleksiya üçün 7 müxtəlif sort gətirilib.

Becərilən yeni sortlar digər yerli sortlardan temperatur torpaqda 20 dərəcə olarkən əkilməsi ilə seçilir. 

Məhsuldarlığı ürəkaçan olan yeni sortlardan müsbət nəticə əldə edildikdən sonra daha geniş sahələrdə becərilməsi nəzərdə tutulur.