• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1475
— 31.07.2021 20:49

Respublika turnirində fərqlənən idmançılarla görüş

KepezTV Player

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsində respublika turnirində uğurla çıxış edən uşu-sandaçılarla görüş keçirilib. Oğuz rayonunda baş tutan yarışda gəncəli idmançıların əldə etdiyi nəticələr yüksək qiymətləndirilib. Respublika turnirində Gəncə komandasının 3 üzvü yarışın qalibi olub. 2 döyüşçü yalnız finalda uduzub, 1 nəfər isə 3-cü yeri tutub. Mükafat qazanan uşu-sandaçılar Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərmanla təltif olunublar. Tədbirdə qeyd olunub ki, ayrı-ayrı yarışlardan uğur qazanaraq geri dönən idmançılarla hər zaman görüşlər təşkil edilir və cür tədbirlər onların gələcəkdə iştirak edəcəkləri yarışlarda daha yaxşı çıxış etmələrinə stimul verir. Son aylar Nizami yurdundan olan idmançıların qatıldıqları yarışlardan doğma şəhərə medallarla qayıtmalarının sevindici hal olduğu bildirilib.