• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 744
— 31.07.2021 20:46

Qarğıdalı bitkisinin əkinində diqqət edilməli məqamlar

KepezTV Player

Dağlıq və dağətəyi rayonlar üçün xarakterik olan və heyvandarlığın inkişafında effektiv vasitə sayılan silosluq qarğıdalı bitkisinin sınaq əkini aparılıb.

Göygöl rayonunda heyvanların yemləndirilməsi məqsədilə silosluq qarğıdalı əkini aparılıb.Təcrübə məqsədilə Amarant bitkisi ilə birlikdə əkini aparılan bitkinin məhsuldarlığını artırmaq məqsədilə torpağa amofoz gübrəsi verilib. Suya tələbkar olduğu nəzərə alınaraq, qarğıdalı bitkisinin əkini zamanı fermerlərin diqqət etməli olduğu məqamlar da az deyil.

Niyaz Abbasov fermer: Qarğıdalı bitkisi suya tələbkar bitkidir. Bu bitkidə transpirasiya prosesi çox yüksəkdir. Bir kol 2-4 litr su buxarlandırmaq gücünə malikdir. Bizim bölgədə bu bitkini 6 dəfə suvarmaqla, fizioloji yetişkinliyə gətirib çıxarmaq mümkündür. 5-6 suvarma ilə qarğıdalı bitkisindən dən məhsulu almaq mümkündür.

Hal-hazırda bazar iqtisadiyyatı şəraitində səmərəli kənd təsərrüfatı bitkisi hesab olunan qarğıdalı bitkisinin rentabelli olması da fermerlərin diqqətini cəlb edən əsas məqamlardandır.

Niyaz Abbasov fermer: Qarğıdalı bitkisinin dəninin 1 kiloqramının qiyməti 50 qəpikdir hazırda. Bu da fermerin 1 hektar ərazidən 8 ton məhsul götürməsi ilə bərabər yaxşı rəqəmdir. Fermer rentabellilik əldə edə bilir.

Xəstəlik və zərərvericilərinin də az olmadığını nəzərə alsaq, qarğıdalı bitkisinə düzgün aqrotexniki qulluğun göstərilməsi labüddür. Xüsusən də pestisidlərin istifadəsi bu bitkini bir çox təhlükədən qoruyur.

Niyaz Abbasov fermer: Qarğıdalı bitkisinə xas olan xəstəliklərdən qovlu sürmə, toz sürmə, fuzariyoz xəstəliyidir. Zərərvericilərdən də, gövdə kəpənəyi, şıqqıldax böcəyi və məftil qurdunun süfrələri daha çox ziyan vurur. İntektisidlərdən istifadə edərək, fostatdan, maestrodan, valsareldən istifadə edərək həmin zərərvericilərin qarşısını almağa nail oluruq.

Müşahidələr göstərir ki, əgər qida üçün ümumi yem məhsullarına silosluq qarğıdalı bitkisi əlavə edilərsə, mal-qaranın süd sağımı və süddə yağın miqdarı xeyli artar. İribuynuzlu heyvanların yemləndirilməsində qarğıdalı və sorqo bitkisinin qarışığından hazırlanmış silos böyük əhəmiyyətə malikdir.

Valeh Anaroğlu