• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 29.07.2021 20:33

Erməni terrorçu qrupun üzvlərinə hökm oxunub

KepezTV Player

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət silahlı birləşmənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Prosesin əvvəlində dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərin hər birinə 7 il müddətinə həbs cəzası istədi.

10 noyabr bəyanatında konkret olaraq adbaad sadalanır ki, hansı ərazilər hansı dövlətə məxsusdur və bu əraziləri Ermənistan dövləti nə vaxt işğal etmişdi. Azərbaycan Reapublikasının suveren dövlət ərazisini, dövlət sərhədini pozaraq gəliblər. Yəni burada 1 m pozmaqdan söhbət getmir. Səhv edib 1 metr bu tərəfə bəlkə gəliblər. Şəxslər özləri qeyd etdi ki, biz Laçın rayonunun ərazisinə daxil olduqdan sonra 40 dəqiqə yol getmişik. Yəni onlar bu ərazilərin Azərbaycan Respublikasına məxsus olduğunu bilirdilər. Əgər bilmirdilərsə də, qanunu bilməmək cinayət məsuliyyətindən azad etmir.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış etdi. Saxlanılan Ermənistan vətəndaşlarının törətdikləri əməllərə məcbur edildiklərini yüngülləşdirici hal kimi nəzərə alınmasını xahiş etdilər. Hakim Faiq Qəniyev hökm oxumadan öncə təqsirləndirilən şəxslərə son söz verdi.

İstəyirəm hər kəsə öz minnətdarlığımı bildirim və ümidvaram ki, ədalətli hökm olacaq.

Hər birinizə təşəkkür edirəm və xahiş edirəm bizə öz ailəmizə, uşaqlarımıza çatmağa kömək edəsiz.

Faiq Qəniyev hakim:  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 il müddətinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsilə 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 6 il müddətinə azadlıqdan məhrum edilmə cəzası təyin edilsin.

Hökmə əsasən, təqsirləndirilən şəxslər, təyin olunmuş 6 illik cəza müddəti başa çatdıqdan sonra Azərbaycanın hüdudlarından kənara çıxarılacaqlar.