• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1460
— 26.07.2021 20:38

Polis toylarda monitorinqlər keçirib

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində mərasimlər başlamazdan əvvəl profilaktiki görüşlər keçirib. Bir neçə restoranda toy qaydalarının pozulduğu aşkarlanıb. Belə ki, “Şəmkir Saray” və “Ömər-Oruc” şadlıq evlərinin “icaze.e-gov.az” portalında qeydiyyatdan keçsə də xidmət personalının və mərasimdə iştirak edən bir neçə qonağın COVİD-19 pasportunun olmaması aşkar edilib. Mövcud qayda pozuntusuna inzibati protokol tərtib edilib. Monitorinq iştirakçıları həyət evlərində təşkil olunan toy mərasimlərini də ziyarət edərək orada qanunamüvafiq araşdırmalar aparıb və bu zaman məlum olub ki, 50 nəfərdən artıq olmamalı olan toy mərasimlərində say həddindən artıq qonaqlar iştirak edib. Dərhal həmin şəxslər barəsində müvafiq tədbirlər görülüb, mərasim təşkilatçıları inzibati məsuliyyətə cəlb olunub.