• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2046
— 26.07.2021 12:35

Serbiya şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə olunub

KepezTV Player

Azərbaycan və Serbiya bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəkləyir. Bu barədə Prezident İlham Əliyevin Serbiya xarici işlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirilib. Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub, iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Prezident İlham Əliyev deyib ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində dost ölkələrin şirkətləri iştirak edir. Bu baxımdan Serbiya şirkətlərinin gələcəkdə bu işlərdə iştirakının mümkünlüyü bildirilib.