Azərbaycan Milli Mətbuatının 146-cı ildönümü münasibətilə Gəncədə bir qrup media nümayəndələri ilə görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2020-ci ilin yaddaşlarda Zəfər ili olaraq qalacağını qeyd edib. Vurğulanıb ki, dəfələrlə Ermənistan silahlı qüvvəlləri Gəncəni raket atəşinə məruz qoyub. Jurnalistlər düzgün və operativ şəkildə dinc əhaliyə qarşı törədilən bu vəhşiliyi ictimaiyyətə çatdırmaqla öz vəzifə borclarını layiqincə yerinə yetiriblər. Eyni zamanda pandemiya dövründə maarifləndirmə tədbirlərini işıqlandırmaqla vətəndaşlarımıza da bir növ yardımçı olublar. Sonda Azərbaycanda fəaiyyət göstərən qəzet, televiziya, sayt və xəbər agentliklərinin Qərb bölgəsi üzrə müxbirləri təltif olunublar. Təltif olunanlar arasında Kəpəz Müstəqil televiziyasının əməkdaşları Fərid Mehdiyev və Səbuhi İbrahimov da var.
- Baxış: 934