• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2266
— 22.07.2021 21:27

Dünya çempionatında daha bir gəncəli güləşçi medal qazanıb

KepezTV Player

Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən yeniyetmə güləşçilərin dünya çempionatında daha bir gəncəli güləşçi mükafatçıları sırasına düşüb. Bu, 60 kq çəkidə güləşən Abdulrəhman İbrahimovdur. Nizami yurdunun pəhləvanı ilk mərhələdə ABŞ təmsilçisindən güclü olub. Növbəti görüşdə isə gəncəli güləşçi erməni rəqibini məyus edərək növbəti mərhələyə yüksəlib. Qazaxıstan idmançısını da üstələyən İbrahimov adını yarımfinala yazdırıb. Abdulrəhman finalın bir addımlığında hindistanlı rəqibinə məğlub olsa da, bürünc medal uğrunda görüşə haqq qazanıb. Bu qarşılaşmada iranlı həmkarına minimal hesabla qalib gələn İbrahimov bürünc medala sahib çıxıb. Xatırladaq ki, 1 gün öncə mundialda digər gəncəli güləşçi Cavid Cavadov da bürünc mükafata yiyələnlənmişdi.