• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 999
— 22.07.2021 21:24

“Sabahın kənd təsərrüfatı” yay məktəbinin açılışı olub

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan, respublikanın və qardaş Türkiyənin ali məktəblərinin tələbələri üçün “Sabahın kənd təsərrüfatı” yay məktəbinin açılış mərasimi keçirilib. Tədbirdə universitet rektorları, deputatlar, şəhər icra hakimiyyətinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, eləcə də yay məktəbinə qatılan tələbələr iştirak ediblər. Yay məktəbinin gənclərin gələcək karyeralarında böyük rol oynadığı vurğulanıb. Layihənin qarşıdakı illərdə ölkədə kənd təsərrüfatı sahəsində mütəxəssislərin yetişməsinə böyük töhvə verəcəyi qeyd olunub. Tədbirin sonunda il ərzində fərqlənən ADAU tələbəsi təltif olunub. 19 ali təhsil müəssisənin tələbələrinin yer aldığı yay məktəbi 22-31 iyul tarixlərini əhatə edəcək. Bu müddət ərzində gənclər həm Nizami yurdunda, həm də bir neçə rayonda aqrar sahə ilə bağlı müəssisələri gəzəcəklər.