• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1462
— 22.07.2021 21:10

Kəlbəcər rayonunun Bəzirxana kəndi

KepezTV Player

MN Kəlbəcər rayonunun Bəzirxana kəndindən videogörüntülər yayımlayıb. Kənd Qarabağ yaylasının ətəyindədir. Azərbaycan dilinin qərb qrupu dialektlərində bəzir "kətan yağı, kətan toxumu" mənasında işlənir. Oykonim "kətan vağı və ya toxumu istehsal edilən yer" kimi izah oluna bilər. Digər bir yerli məlumata görə bu kənddə bəzir yağı istehsal etmək üçün bəzir bitkisi əkib becərirmişlər. Bəzir yağı istehsal etmək üçün istifadə olunan daşlar 1970-ci illərə kimi kəndin şərq hissəsində yerləşən dəyirmanın yanında qalırdı. Bəzirxana sözü buradan götürülüb.