• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2263
— 22.07.2021 21:07

Xeyirxahlığı ilə ad qazanan şəhid Rauf Əsgərov

KepezTV Player

Yardımsevərliyi, xeyirxahlığı ilə seçilən, özündən sonra ad qoyan, evdən yox eldən gedən şəhid Rauf Əsgərovdan danışacağıq. Qəhrəmanımızın 3 gül balası Azərbaycan xalqına əmanətdir.

Rauf Əsgərov 1978-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olub. Ali təhsilli idi, savadı, işi, ailəsi, 3 gül balası var idi. Lakin Vətən sevgisi bütün xoşbəxtliklərdən üstün oldu onun üçün...

Rauf Əsgərov çox yardımsevər insan idi. Hər ay maaşının bir hissəsini imkansız ailələrə ayırardı. Bu gün nəinki Gəncə, qərb bölgəsi bütün Azərbaycan Rauf Əsgərov üçün göz yaşı tökür. Ölkəmizin müxtəlif yerlərindən gəlib Briliyant anamızın əllərindən öpüb ona mənəvi dəstək olurlar.

Rauf Əsgərov oktyabrın 26-da Füzuli uğrunda gedən döyüşlər zamanı yaralı əsgərini təxliyə edərkən düşmən gülləsinə tuş gəlir. 3 gül balasını - Rüqəyya, Ramilə və Təqini Vətənə əmanət qoyub şəhidlik zirvəsinə ucalır.

Rauf Əsgərov ölümündən sonra "Vətən uğrunda","Döyüşdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb. Bu gün Rauf kimi bütün igidlərimiz, məzarlarında rahat uyuyurlar. Çünki uğrunda can verdikləri Vətən torpaqları işğaldan azaddır.

Nərgiz Əhmədqızı