• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 832
— 22.07.2021 21:02

Yaşasaydı 21 yaşını qeyd edəcəkdi...

KepezTV Player

Bu gün Samux rayonunun Qovlarsarı kənd sakini şəhid Emil Sadıqzadənin 21 yaşı tamam olur. Şəhidin ad günündə təhsil aldığı məktəbin yanında bulağın açılışı olub. Şəhidlərimizin xatirəsinin 1 dəqiqqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə, icra nümayəndələri, kənd sakinləri və məktəblilər qəhrəmanımızı yad edib, şeirlər söyləyiblər.XTQ-in əsgəri 14 oktyabrda Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçib. O, ölümündən sonra  "Rəşadət" ordeni, "Cəsur döyüşçü"," Vətən uğrunda", " Xocavəndin azad olunmasına görə", " Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə ", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.