• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 952
— 22.07.2021 20:59

Dövlət başçısı qərb bölgəsinə səfər edib

KepezTV Player

Prezident İlham Əliyev Daşkəsən rayonuna səfər edib

Prezident İlham Əliyev Daşkəsən rayonuna səfərə gəlib. Dövlət başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub.Sonra Prezident Şəhidlər xiyabanını ziyarət edib.Vətən müharibəsinin gedişində Daşkəsən gənclərindən 31 nəfər şəhidlik zirvəsinə ucalıb.Səfər çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanışlıq olub.“Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verilib.Prezident “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib.Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi başa çatıb. Dövlət başçısı layihə üzrə görülən işlərlə tanış olub.

Prezident İlham Əliyev Naftalan şəhərinə səfər edib

Prezident qərb bölgəsinə səfəri zamanı Naftalan şəhərində olub. Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimi olub,200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib.Prezidentə Naftalan şəhər hava limanı haqqında məlumat verilib. Hava limanının fəaliyyəti 1997-ci ildə dayandırılıb.

Prezident İlham Əliyev Goranboya səfər edib

Prezident Goranboy şəhərində də ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun və Goranboy Olimpiya İdman Kompleksinin açılışı da baş tutub.

Prezident Gəncədə erməni faşizminin izləri ilə tanış olub

Gəncədə erməni faşizminin izləri ilə tanış olan dövlət başçısı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq tamamilə dağılan yaşayış binasının ətrafına gül düzüb.