• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1165
— 22.07.2021 12:24

146 illik Azərbaycan mətbuatı

KepezTV Player

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan mətbuatı bu müddətdə uzun inkişaf yolu keçib.1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar.Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.