KepezTV Player
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində, əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib. Tədbirlərdə maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub. Qaydaları pozan 10-a yaxın şəxs cərimə edilib. **Polis əməkdaşları rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında da digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə monitorinq aparıblar. Mərasimdə vaksinasiya olmayan qonaqlar aşkar edilib. Şadlıq sarayı rəhbərliyinə bir daha karantin qaydaları izah olunub, aşkar olunan faktlar üzrə inzibati protokollar tərtib edilib.
- Baxış: 800