• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1205
— 21.07.2021 20:22

Cənnətdəki ad günün mübarək, çavuş İsmayıl!

KepezTV Player

Şəhid İsmayıl Qabilovun tək bir arzusu var idi. Doğulduğu Kəlbəcər rayonun Mozqaraçanlı kəndini azad etmək və oraya ailəsi ilə birlikdə qayıtmaq. İndi şəhidin özü o torpaqlara gedə bilməsə də, yaxınları, sevdikləri onun arzusunu reallaşdıracaq.

İyulun 15-i Şəhid İsmayıl Qabilovun 38 yaşı tamam oldu. Müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu olan çavuş Qabilovun ailəsi, yaxınları bu ad gününü onsuz qeyd edirdilər. Hər kəsin tək təsəllisi isə şəhidin uğrunda döyüşdüyü torpaqlarımızın, ən əsası isə doğulduğu Kəlbəcər rayonunun Mozqaraçanlı kəndinin indi azad olmasıdır.

Aybəniz Qabilova şəhidin anası: Oğlum getdi 4 il Şəmkirdə Müddətdən Artıq Hərbi Qulluqçu işlədi. Getdi Göygölə oradan da Murova apardılar.Murovdan da getdi döyüşə-döyüşə üç postu alıblar. Orada Kəlbəcərin uğrunda da şəhid oldu. Vətən sağ olsun, prezidentimiz sağ olsun. Cənnətdəki ad günün mübarək ay oğlum.

Nəsibə Qabilova  şəhidin həyat yoldaşı: İsmayıl bu gün ad günüdü onun cənnətdəki ad gününü təbrik edirəm. Özü aramızda cismən olmasada ruhən həmişə aramızdadır. Fəxr edirəm ki, şəhid ailəsiyəm. Şəhidlərə Allahdan rəhmət diləyirəm, qazilərədə can sağlığı arzu edirəm ki, torpaqlarımızı azad etdilər. Allah şəhidlərimizə rəhmət etsin.

Hərbçi olmaq İsmayıl Qabilovun uşaqlıq arzusu idi. Manqa komandiri olan İsmayıl nizam intizamı, qorxmazlığı, döyüşkənliyi ilə hərbçi yoldaşlarının böyük hörmətini qazanıb. Vətən müharibəsi başlayanda Murovdağ istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. İgid, qorxmaz döyüşçü kimi düşmənə sarsıdıcı zərbələr vurub. Sentyabrın 27-də qəhrəmancasına şəhid olan Qabilovun nəşi dekabrın 5-də tapılaraq ailəsinə təhvil verilib.

Xəyyam Fətəliyev  qazi: Mən İsmayıl qardaşımızla bir döyüşmüşəm. Eyni istiqamətlərdə döyüşmüşük. Fəxr edirəm ki, eyni döyüşdə döyüşmüşük. O insan fəxr edirdi ki, şəhid olsada Azərbaycan torpaqlarının qısasını ermənilərdən alır. Çox döyüşkən idi. Hərbi hissədə də hamı hörmətini saxlayırdı. Onun danışılası döyüş yolları çoxdu. Hansını danışasan ki, ürəkdə qalsını O insan bizim ürəyimizdə xatirə olaraq qalıb.

Fikrət İsmayılov  şəhidin qohumu: Biz həm qonşu olmuşuq həm də bizim balacamız olub. Onun həyatı bizim gözümüzün önündə olubdur. İsmayılla bağlı o qədər xoş xatirələr var ki, İsmayıl atasına layiq övlad çıxdı. İsmayılın atası da qoçaq kişi olub. İsmayıl müddətdən artıq hərbi qulluqçu kimi döyüşə qatıldı. İsmayıl şəhid olmağı ilə öz həyat yolunu bir daha yazdı getdi. Vətənə bağlılığını, vətən uğrunda şəhdi olmaq bacarığını sübut elədi. İsmayılın timsalında bütün şəhidlərimizlə fəxr edirik. Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət etsin. Bu qələbə bizə nəsib oldu, bu qələbəni gördük. 27 il işğalda olan torpaqlarımız azad olundu. Hazırda İsmayılın balaları, azad olunmuş vətənimiz  teskinliyimizdir. Onlar şehid oldularsalarda qanları bahasına torpaqlarımız alındı. Biz gedib o torpaqlarımızda yaşıyacağıq. Dövlətimiz tərəfindən bu mərhələli şəkildə aparılır. Var olsun prezidentimiz.

Ölkə başçısının sərəncamları ilə şəhid İsmayıl Qabilov "Vətən uğrunda", "İgidliyə görə" medalları ilə təltif edilib. Vətənə yadigar qoyub getdiyi 1 oğlu və 1 qızı atalarına layiq övlad olmaq üçün çalışır. Tez bir zamanda atalarının doğma yurduna dönəcəkləri günü gözləyirlər.

Elnur Vahidoğlu