• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1222
— 20.07.2021 20:46

Tokioda 32-ci Yay Olimpiya Oyunları start götürəcək

KepezTV Player

Bir neçə gün sonra bütün dünyanın diqqəti Yaponiyaya yönələcək. Çünki gündoğar ölkənin paytaxtı Tokioda 32-ci Yay Olimpiya Oyunları start götürəcək. Azərbaycan idmançılarının da iştirak edəcəyi nüfuzlu yarışla bağlı millət vəkili Müşfiq Cəfərov fikirlərini televeziyamızla bölüşüb.

Tokio Olimpiadası ötən il baş tutmalı olsa da, pandemiya səbəbindən 2021-ci ilin yayında keçirilməsi qərar alınmışdı. Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü olan Müşfiq Cəfərov infeksiya ilə əlaqədar mötəbər yarışın təxirə salınmasını idmançıların çıxışlarına mənfi mənada təsir etdiyini dilə gətirib. Amma gəncəli deputat buna rəğmən idmançılarla bağlı nikbin düşüncədədir. 24 iyul – 9 avqust tarixlərini əhatə edəcək dördilliyin ən nüfuzlu idman tədbirində hədəf yalnız ölkəyə qələbəylə qayıtmaqdır.

Parlamentin üzvü bütün dünyanı bürüyən koronavirus xəstəliyinə görə zalların bağlanması ilə idmançıların istədikləri kimi məşq edə bilməməsinin olimpiadaya qazanılan vəsiqələrə çox təsir etdiyini söyləyib. Bunun bariz nümunəsi kimi sərbəst güləş yığmamızın əldə etdiyi lisenziyaları göstərmək olar.

Tokio Yay Olimpiya Oyunlarına Azərbaycan müxtəlif idman növləri üzrə 40 lisenziya əldə edib. Olimpiya Oyunlarına gəncəli idmançılar yollana bilməsələr də, avqustun sonuna təsadüf edəcək 16-cı Paralimpiya Oyunlarında Nizami yurdunun iki təmsilçisi, paracüdoçu Ramil Qasımov və paurliftinqçi Nurlan Babacanov iştirak üçün lisenziya qazanıb.