• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1055
— 20.07.2021 20:26

Şəhid Kamil Məmmədovun onsuz keçən ilk doğum günü

KepezTV Player

Şəhid Kamil Məmmədovdan danışacağıq. 1996-cı ildə də anadan olan Məmmədov 2018-ci ildə hərbi xidmətini bitirsə də torpağlarımızın mənfur düşmənin əlində olması ilə barışa bilməyib. Vətən müharibəsi başlayan kimi əlinə silah alaraq ordu sıralarına yollanıb. Qələbəyə 1 gün qalmış isə şəhadətə ucalıb.

Bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirir. O gənclər ki, əbədiyyətə qovuşaraq ölümün ən şərəflisinə yetirlər. Şəhidimiz Kamil Məmmədov da qələbədə pay sahibi olan gənclərimizdən biridir. Biz ailənin qonağı olanda şəhidimizin onsuz keçən ilk ad gününü - 25 yaşını qeyd edirdilər.

Mübariz Məmmədov şəhidin atası: Deməyə sözdə tapmır adam. O daima qəlbimizdədir. Özü  burda olmasa da ruhu bizlədi. Dostlardı, qohumlardı hamısı gəlib oğlumun cənnətdəki ilk ad gününü qeyd etməyə. Oğlumla fəxr edirəm. Fəxr edirəm ki, oğlum şəhid olub. Hər adama qismət olmayan şəhadətdir. Məkanları cənnət olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Aytəkin Məmmədova şəhidin anası: Hər iki oğlum müharibəyə getdilər. Balaca oğlum könülllü yazıldı, bu oğlumu da çağırışla çağırdılar.  Hər ikisi də Fizuli rayonunda döyüşdülər.  Xocavənd istiqamətinə kimi getdilər. Qələbəyə bir gün qalmış Xocavəddə şəhidlik zirvəsinə ucaldı. Yaşasaydı 25 yaşı tamam olacaqdı. Çox sevinərdi hər ad günlərini qeyd edəndə. Bu gün onun anadan olan günüdür, özü burda yoxdursa da həmişə ürəyimizdədi.

Kamil Məmmədov qohumları arasında necə sevilirdisə, elə döyüşlər  zamanı da bu rəğbəti qazanmışdı. Bu gün Kamil olmasa da, döyüş yoldaşları onun ad gününü ailəsi ilə birgə qeyd edib xatirələrindən danışıblar.

Rizvan Abbasov şəhidin döyüş yoldaşı:Çox ürəkli qardaş idi. Noyabrın 6- 7 si idi. Qardaşı Ramil yaralanmışdı. Döyüşə gedirdik Məmmədov Kamillə bir yerdə. Dedim biraz ehtiyatlı ol qardaşında yaralanıb hospitaldadı, sənə də bir şey olmasın. Amma hər şeydə ürəkli qabağa gedən Kamil qardaşımız idi.

Nüşabə Məmmədova şəhidin bibisi: Kamil bizim ən gözəl, ən istəkli, mehriban, ağıllı nəvəmiz idi, onu hamı çox istəyirdi nəsildə.  Çox atərbiyəli idi bir dəfə kiminsə sözünü yerə salmazdı. Kamil haqqın çox söz demək olar. Arzularımızı ürəyimizdə qoydu.

Özü müharibədə olsa da, hər zaman valideyinlərini düşünən Kamil Məmmədov son danışığında belə ata-anasına “mən yaxşıyam, siz özünüzdən muğayat olun” deyir.

Aytəkin Məmmədova şəhidin anası: Noyabrın 7 -də danışdıq Kamillə, 1 dəqiqə atası ilə danışıdı. Hər dəfə də danışanda biz ona deməkdənki özündən muğayat ol o bizə deyirdi ki, ana ata özünüzdən muğayat olun. Gecə qələbə günü olanda hamı zəng edib bizi təbrik elədi. İçimdə o sevinci yaşaya bilmirdim, heç sevinə bilmirdim. Deyirdim ki, Kamilin səsini eşidim ondan sonra sevincimi yaşayaram. Sən demə balam ayın 9- u qələbəyə 1 gün qalmış şəhidlik zirvəsinə ucaldı. Onsuzda həyatda o elə uşaq idi ki, cənnəti qazanmış bir uşaq idi. Elə şəhidlik zirvəsinə də ucaldı getdi..

Şəhid Kamil Məmmədov Prezident sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və“ Vətən uğrunda” medallarına layiq görülüb. Şəhidlərimiz cismən bizi tərk etsələr də, 50 milyon azərbaycanlının qəlbində əbədi yaşayacaqlar. Allah hər birinə rəhmət eləsin!

Aişə Rzayeva