• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2122
— 19.07.2021 20:28

Polis bayram sovqatı payladı

KepezTV Player

Müqəddəs Qurban bayramı münasibətilə Göygöl rayon polis şöbəsinin əməkdaşları sovqat paylayıblar. Asayiş keşikçiləri Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşərək qəhrəmancasına şəhid olan igidlərimizin ailələrini, eləcə də qaziləri ziyarət edərək bayram payı təqdim ediblər. Rayon mərkəzi ilə yanaşı, ətraf kənd və qəsəbələrdə yaşayan sakinlərə də baş çəkilib. Ailələrə ərzaq məhsullarından ibarət sovqatlar verilib. Həmçinin onları narahat edən məsələr və problemlərlə maraqlanılıb. Göygöl rayon polis şöbəsinin əməkdaşları gün ərzində 40 qutu bayram sovqatını ailələrə çatdırıb.