• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1268
— 19.07.2021 20:16

Prezident sərəncamlar imzaladı

KepezTV Player

Prezident İlham Əliyev Tərtər rayonunun Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 5 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədilə 4,8 milyon manat ayrılıb.

Digər sərəncamlarla SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, vitse-prezident Mikayıl İsmayılov, vitse-prezident Tofiq Qəhrəmanov və şirkətin emal üzrə vitse-prezidenti David Məmmədov vəzifələrindən azad edilib.