KepezTV Player
İqtisadiyyat Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə həyata keçirdiyi mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrin maliyyələşdirilməsi üzrə birinci müsabiqədə uğur qazanan layihələrdən birində Gəncə Uşaq Evinin sakinləri də iştirak ediblər. Uşaq Evinin yeniyetmə sakinləri - Günay Vəliyeva, Vəfa Abdıyeva və Leyla Likvinova 1 həftə ərzində kosmetoloji, masaj xidmətləri üzrə təlimlər keçiblər. Gənclərin özünüməşğulluğunun artırılması və gələcək biznesini qurmasına dəstək məqsədi daşıyan layihədə təlim proqramını başa vuranlara sertfikartlar təqdim olunub.
- Baxış: 556