• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1058
— 17.07.2021 19:05

Qəza zamanı 15 hərbçi yaralanıb

KepezTV Player

Göygöl rayonunda hərbçilərin olduğu maşın qəzaya uğrayıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Trend-ə açıqlamasında bildirib ki, hadisə bu gün günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil aşıb. 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfər orta-ağır vəziyyətdə olduğundan hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.