KepezTV Player
Şəmkir Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirirlər. Növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən və minik vasitələrinin ixrac qazlarının normadan artıq olan sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. 30 sürücü barəsində protokol tərtib edilib.
- Baxış: 656