• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2460
— 17.07.2021 12:16

Evlərdən su qurğuları oğurlayan şəxs saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi Nizam rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər  ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir İsmayılov cari ilin müxtəlif vaxtlarında  şəhər ərazisindəki mənzil və fərdi yaşayış evlərinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 700 manatdan çox olan su qurğularını oğurlayıb. E.İsmayılov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.