• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1796
— 16.07.2021 18:39

Təhlükəsizlik kəmərindən istifadə etməyənlər məsuliyyətə cəlb edilib

KepezTV Player

Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək qəzaların qarşısının alınması ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirirlər. Növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından düzgün istifadə etməyən sürücülər aşkarlanıb. Onlarla profilaktik söhbətlər aparılıb. 8 sürücü barəsində protokol tərtib edilib.