• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 16.07.2021 19:15

Ailəsi 33 gündən sonra şəhid olduğunu öyrəndi

KepezTV Player

Qəlbimizdə taxt quran, ölümləri ilə ölümsüzlüyə ucalan igidlərdən biri - Goranboyun tarix yazan qəhrəmanı Sənan Əliyev...  Cəmi 21 yaşında şəhadətə ucalan qəhrəmanızı gəlin daha yaxından tanıyaq.

30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız uğrunda can verməyə, qan tökməyə hazır olan Vətən oğulları sayəsində öz əzəli sahiblərinə qayıtdı. Onlar üçrəngli bayrağımızı yüksəltmək, Vətənin namusu hifz etmək üçün canlarından, sağlamlıqlarından keçdilər. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq dastanı yazanlardan biri də Sənan Əliyevdir. 1999-cu il təvəllüdlü qəhrəmanımız, könüllü olaraq ordu sıralarına yazılır və son damla qanına qədər düşmənlə mübarizə aparıb şəhid olur, qardaşı Sərvan Əliyev isə yaralanır.

Əliyevlər ailəsi illərlə maddi sıxıntılar çəkib. Uşaqlıqdan əzab-əziyyətlə böyüyən Sənan Əliyev hər zaman əlindən gələni edərək ailəsinə yardım göstərməyə çalışıb.

Şəhidin anası Mətanət xanım deyir ki, Sənan döyüşlərdə olarkən hər zaman hərbi qulluqçulara göstərilən diqqətdən çox razılıq edib.

Düşmənin qolunu-qanadını qırıb torpaqlarımızı azad edəndə, həmin o zəfər günündə, şəhid ailəsi də sevinc hissi keçirir. Müharibə bitdiyindən oğullarının sağ-salamat evlərinə qayıdacaqlarına ümid edir. Amma döyüşə göndərdikləri iki oğuldan biri qazi, digəri isə şəhid kimi dönür evinə...

21 illik həyatı ilə gənclərə örnək olan Sənan Əliyevin döyüşlərdə göstərdiyi şücaət Prezident İlham Əliyevin Sərəncamları ilə "Füzulinin azad olunmasına görə, "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə qiymətləndirilib.

Nərgiz Əhmədqızı