• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 954
— 16.07.2021 19:03

“Sərhəddə gərginliyin artmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür”

Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Klaudio Taffuri ilə görüşüb.Müdafiə naziri azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyətə toxunaraq son vaxtlar gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü səfirin diqqətinə çatdırıb. Hər iki ölkənin orduları arasında, eləcə də NATO proqramları çərçivəsində hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.