• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 15.07.2021 19:35

Yoluxanların sayı artdı

KepezTV Player

Azərbaycanda bu gün koronavirus infeksiyasına 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 2 nəfər COVID-19-dan dünyasını dəyişib. İndiyədək ölkədə ümumilikdə 337 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 020 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1 791 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 093, ötən müddət ərzində isə ümumilikdə 3 886 055 test aparılıb.