• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1490
— 15.07.2021 19:30

Şəhidin barelyefinin açılışı olub

KepezTV Player

Gəncədə İkinci Qarabağ müharibəsində şəhid olan Hikmət Məmmədovun Cavadxan qəsəbəsində yaşadığı evin qarşısında barelyefinin açılışı olub. Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidin ailə üzvləri, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 28 yaşlı şəhid Hikmət Məmmədov Gəncədə Nizami məqbəsində bələdçi işləyib. Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yollanıb. Qorxmaz, igid bir döyüşçü kimi yaddaşlarda qalıb. Oktyabrın 12-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 14-də - doğum günündə Gəncənin Şəhidlər xiyabanında dəfn edilib. Şəhid mədəniyyət işçisi ölkə başçısının sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.