• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 761
— 15.07.2021 12:02

Yük və minik maşınları toqquşdu, 3 nəfər öldü

KepezTV Player

Şəmkirdə ağır yol qəzası olub. Bakı-Qazax magistralının rayonun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində “QAZel” markalı yük avtomobili ilə “QAZ” markalı minik maşını toqquşub. Hadisə nəticəsində 3 nəfər -  32 yaşlı Məmmədov Ramiz Zakir oğlu, 38 yaşlı Əliyev Aydın Valeh oğlu və şəxsiyyəti hələlik məlum olmayan daha bir kişi dünyasını dəyişib. Xəsarət alan 39 yaşlı Şahin Məmmədov və 50 yaşlı Ədalət Bayramov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.