• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 668
— 14.07.2021 18:28

Yeniyetmələr arasında ilk dəfə reqbi üzrə respublika birinciliyi keçirilib

KepezTV Player

Şəmkir Olimpiya İdman Komleksində Reqbi-7 üzrə ilk dəfə olaraq yeniyetmələr arasında respublika birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Reqbi Federasiyasının birgə təşkil etdikləri yarışda 2006-2008-ci təvəllüdlü idmançılardan ibarət 8 komanda iştirak edib. Dünyada populyar və olimpiya idman növləri sırasına daxil edilən reqbidə ağıl, güc, əzmkarlıq, dözümlülük bir yerə cəmlənir. Azərbaycan Reqbi Federasiyası 2005-ci ildə yaradılsa da, uzun müddət fəaliyyət göstərməyib. 2020-ci ildən yarışların təşkilinə başlanılıb. Bundan əvvəl respublikanın ikinci böyük şəhəri Gəncədə reqbi üzrə ilk turnir keçirilib. Şəmkirdə təşkil edilən yeniyetmələr arasında respublika birinciliyi iki gün davam edəcək. Sonda qalib gələn komandalara diplom və xatirə hədiyyələri təqdim ediləcək.