• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1484
— 14.07.2021 19:09

Bakı və Tbilisi arasında təmaslar daha da sıx olacaq

KepezTV Player

Prezidenti İlham Əliyev Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edib. Dövlət başçısı Tbilisi və Bakı şəhərlərinin qardaşlaşması haqqında sazişin imzalanmasını tarixi əlamətdar hadisə adlandırıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Tarixboyu Cənubi Qafqazda həm Bakı, həm də Tbilisi həmişə öz gözəlliyi ilə fərqlənirdi və həm siyasi, həm iqtisadi, həm də mədəni mərkəz rolunu oynayırdılar. Əlbəttə ki, dünən imzalanmış sazişdən sonra iki şəhər arasındakı təmaslar daha da sıx olacaq və olmalıdır. Yəqin ki, birgə fəaliyyət planı da hazırlanacaq. Mən istəyirəm ki, çoxlu qarşılıqlı səfərlər olsun, ictimaiyyət nümayəndələri, media nümayəndələri, tanınmış şəxslər müntəzəm olaraq qarşılıqlı səfərlər etsinlər. Həm Tbilisi, həm də Bakı dünyanın heç bir başqa şəhərinə oxşamırlar.

Kaxa Kaladze - Tbilisi şəhərinin meri: Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyiniz üçün Sizə təşəkkür edirəm. Gürcüstan da öz tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Dünən qardaşlıq haqqında mühüm sənəd imzalandı. Lakin biz hər zaman qardaş olmuşuq, hər zaman bir-birimizə dost və dayaq olmuşuq. Şəxsən mənim üçün Azərbaycan çox yaxın ölkədir, burada çoxlu dostlarım var. Mən energetika naziri olanda da buraya gəlirdim, çoxlu dostlarım var və çox şadam ki, yenə burada, Bakıdayam.