• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1599
— 14.07.2021 12:06

XİN: "Azərbaycan ərazisi daxilində edilən səfər Ermənistan tərəfindən şərh belə oluna bilməz"

KepezTV Player

Ermənistan XİN artıq bölgədəki yeni vəziyyəti dərk etməlidir. XİN-in mətbuat katibi Leyla Abdullayeva səfirlərin Şuşaya səfəri ilə bağlı Ermənistandakı xarici ölkələrin diplomatik nümayəndəliklərinə nota təqdim edilməsi ilə bağlı xəbərləri şərh edərkən belə deyib. Bildirib ki, ölkəmizin beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz.