• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2193
— 12.07.2021 19:20

Prezident İlham Əliyev sərəncamlar imzaladı

KepezTV Player

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 80-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi haqqında sərəncam imzalayıb.***

Digər sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Elman Bayram oğlu Bayramov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Prezident Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılması haqqında fərman da imzalayıb.
Digər fərmana görə, zəmanətli tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi Tarif Şurası tərəfindən müəyyən edilən topdansatış qiymətləri ilə satılacaq.