• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3131
— 10.07.2021 19:33

“Samux” İdman Klubu uşu üzrə respublika turnirində 3-cü yeri tutub

KepezTV Player

Oğuz Olimpiya İdman Kompleksində uşu üzrə respublika turniri keçirilib. Uşaq, yeniyetmə və gənclər arasında reallaşan yarışda müxtəlif şəhər və rayonlardan 20-dən çox klubun təmsilçiləri iştirak ediblər. Turnirdə əməkdar məşqçi Elnur Salamovun rəhbərliyi altında “Samux” İdman Klubunun 25 üzvü də mükafatlar uğrunda qüvvəsini sınayıb. Klubun yetirmələri 20 medal qazanıblar. Samux idmançılarından 11-i yarışın qalibi olub. Kollektivin hesabına 5 gümüş və 4 bürünc medal da yazılıb. Əldə olunan mükafatların sayına və əyarına görə, “Samux” klubu komanda hesabında 3-cü nəticəni göstərib.