• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1803
— 10.07.2021 20:05

21-ci əsrin ilk məzunları 20 ildən sonra bir arada

KepezTV Player

Gəncə Dövlət Universitetinin 21-ci əsrdə ilk məzunları 20 ildən sonra bir araya gəldilər. Söhbət ali təhsil ocağının yarandığı gündən fəaliyyət göstərən biologiya-kimya fakültəsinin kimya və biologiya ixtisasını 2001-ci ildə bitirən tələblərdən gedir. Onların kövrək və sevincli anlarına əməkdaşlarımız da şahidlik ediblər. İzləyək.

20 illik ayrılıqdan sonra eyni auditoriyada, parta arxasında hər kəs öz yerində əyləşərək sevimli müəllimlərini dinləyir. 40-a yaxın məzun beləcə 1997-2001-ci illərə dönüb həyatın ən şirin dönəmini - tələbəlik illərini xatırlayır...

Məzunların demək olar ki, hamısı auditoriyada toplanmışdı. Bu dərsdən heç kim qalmamışdı. 20 ildən sonra yenidən öz sevimli tələbələrini görüb onlarla bir arada olmaq müəllimlər üçün də əvəzolunmaz hissdir.

Məzunlar biologiya-kimya fakültəsində bir vaxtlar təcrübə apardıqları laboratoriyalarda da oldular. Burada yeni quraşdırılan avadanlıqlara baxış keçirildi. Fakültənin bu müddətdə keçdiyi inkişafdan, pilot layihələrdə iştirakından danışıldı. Yeni - ingilis dilində kimya və biologiya ixtisasının açılması haqqında məlumat verildi. Universitetdə biologiya-kimya fakültəsinin keçmişi və bu gününü əks etdirən guşə isə məzunlar tərəfindən maraqla qarşılandı.

Elnur Vahidoğlu