• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 719
— 10.07.2021 20:12

Bədənində 33 qəlpə daşıyan qazi Turqut Ələkbərov

KepezTV Player

Vətənin dar günündə dada çatan igid oğullardan biri də Turqut Ələkbərovdur. Sıradakı süjetimiz qazimiz haqqındadır. İzləyək...

Bu xəyal, bu arzu tək qazimiz Turqut Ələkbərovun deyil, bütün Azərbaycan xalqının ürəyində yer almışdı və onun kimi minlərlə igid, qəhrəman oğulun sayəsində reallığa çevrildi. Ana Vətənin çətin günündə düşmənə sinəsini sipər edən mərd oğullardan biridir Turqut Ələkbərov. Torpaqlarımızın düşmən tapdağından azad olunması üçün döyüşlərə könüllü şəkildə yollanıb və ölkəmizin ərazi bütövlüyü naminə öz sağlamlığını qurban verib.

Vətən müharibəsinin ilk günlərindən düşmənlə mübarizəyə atılan qazimizin döyüş yolu Murovdağ istiqamətindən başlayıb. Daha sonra Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi üçün vuruşub. Füzulinin, Cəbrayılın düşmən tapdağından xilas edilməsində böyük şücaət göstərib.

Turqut Ələkbərov döyüş yoldaşları ilə birgə sözün əsl mənasında odun-alovun içindən keçir. 15 gün suyun qarşısını kəsib özlərinə sığınacaq düzəltdikləri kanalda qalmalı olurlar. Oktyabrın 25-dən 26-na keçən gecə daha bir ağır döyüş baş verir. 13 nəfərlik heyətdən 12 hərbi qulluqçu şəhid olur, Turqut isə möcüzə nəticəsində sağ qalır

Turqut Ələkbərov bir də gözlərini Füzuli xəstəxanasında açır. İlkin tibbi yardım və edilən ilk əməliyyatdan sonra müalicəsinin davam etdirilməsi üçün Mingəçevir xəstəxanasına təxliyə olunur. Ağır yaralanan Turqut 48 qəlpə yarası alır. O qəlpələrdən 33-nü hələ də bədənində daşıyır. 23 yaşlı Turqut Ələkbərovun Vətən müharibəsində göstərdiyi şücaət Prezident İlham Əliyev tərəfindən “Hərbi xidmətlərdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə qiymətləndirilib.

Vəfa Şairova