• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2369
— 10.07.2021 19:40

Dini konfessiyaların rəhbərləri Şuşada

KepezTV Player

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki digər dini konfessiyaların rəhbərləri Şuşa şəhərinə səfər çərçivəsində Şuşada yeni təməli qoyulmuş məscidin ərazisinə baş çəkiblər. Əraziyə baxış keçirilib, xeyir-dua verilib.***

Daha sonra Qazançı kilsəsini ziyarət ediblər. Ermənilər işğal dövründə kilsəsinin mənşəyini saxtalaşmağa, erməniləşdirməyə cəhd edib.Hazırda kilsə tarixi mənşəyinə uyğun təmir-bərpa olunur.

Din xadimləri Şuşanın Saatlı məscidində ziyarət namazı qılıb, dualar ediblər.
Aşağı Göhər Ağa məscidi də ziyarət edili, ibadət edilib, Quran oxunub.
Səfər çərçivəsində Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın “güllələnmiş heykəllər”inə baxıblar.Şuşa İcra Hakimiyyətinin binası barədə də məlumat verilib, bildirilib ki, bina yenidən təmir olunacaq, Xüsusi nümayəndəlik və Şuşa Qoruq İdarəsi buraya köçürüləcək.
Səfər iştirakçıları Cıdır düzün gəzib, ətrafı seyr ediblər.